Əfv sərəncamının icrasına başlanıldı-FOTO
29.12.2015 582 0.0 0

Çin səfirliyinin əməkdaşını oğurlayan şəxs də azad olunanlar arasındadır
 
Azərbaycan prezidentinin dünən imzaladığı əfv sərəncamı 1 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
 
Məlumata görə, sərəncama əsasən, müəssisədə cəza çəkən 3 məhkum azadlığa buraxılıb. Onlardan ikisi Azərbaycan vətəndaşı - Rauf Bəndəliyev, Mobil Hüseynov, biri isə Çin vətəndaşı Ye Çan Bindir. 
 
Ye Çan Bin Çin səfirliyinin əməkdaşını oğurlamaqda, əvəzində ondan külli miqdarda pul tələb etməkdə təqsirləndirilib. O, cəzasının 8 ilini çəkməkdən azad olunub.
 
Qeyd edək ki, prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı sərəncam ümumilikdə 210 nəfərə şamil edilib.
 
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 9 nəfər isə cərimə cəzasından azad edilib./apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar