FUTBOLA GÖRƏ 13 UŞAQ GÜLLƏLƏNDİ
21.01.2015 863 0.0 0

İŞİD futbol izləyən 13 uşağı edam edib
Qazeta.info Türkiyə mediasına istinadən bildiri ki, İraq ilə İordaniya arasında oyunu izləyən 13 uşağın Mosulun Əl Yarmuk məhəlləsində güllələnərək edam edildiyi bildirilir.

Bildirək ki, Asiya Kubokunda qarşı-qarşıya gələn İraq ilə İordaniya milli futbolu başlamazdan əvvəl İŞİD qabaqcılı  Əbu Şuayib El Almani, futbol izləməyin qadağan olduğu haqda küçə və prospektlərə  afişalar asdırıb. Afişalar, futbol izləməyin İslam dininə uyğun olmadığı və Qərbdən gəldiyi bildirilib


İraq-İordaniya komandalarının oynandığı saatda bir kafeyə basqın edən İŞİD döyüşçüləri, futbolu izləyən uşaqları döyərək çölə çıxarıb. Sonra əllərindəki Kalaşnikovlulara 13 uşağı edam etmək üçün bir futbol meydançasına aparıblar.

Ruprlarla hər kəsə xəbərdarlıq edən İŞİD terrorçuları, futbol izləyən 13 uşağın şəriət qaydalarını pozduğu, qoyduqları qaydalara qarşı gələn hər kəsin gülləlnəcəyi bildirilərək güllələyiblər.
Xat;rladaq ki, IŞİD-in öldürdüyü 13 uşaqdan 4-ü qardaş olduğu və cəsədlərin hələ futbol meydançasında qaldığı bildirilir.
Səbəb isə ailələrin IŞİD-dən qorxaraq uşaqlarının cəsədini götürə bilməmələri göstərilir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar