Futbol üzrə Azərbaycan milli komandası Belarusa məğlub olub
23.03.2018 928 0.0 0

Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.

 

Məlumata görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yoldaşlıq matçı çərçivəsində Belarus yığmasını qəbul edib.

 

 

Bakı Olimpiya Stadionunda baş tutan oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə topu 41-ci dəqiqədə rəqib futbolçu İqor Staseviçin zərbəsindən sonra Maksim Medvedev öz qapısına göndərib.

Bu, millinin 46 yaşlı mütəxəssisin rəhbərliyi altında ilk ev qarşılaşması olub. Yanvarın 30-da Moldova ilə Türkiyənin Antalya bölgəsində keçirilmiş görüş qolsuz yekunlaşıb - 0:0.

Azərbaycan millisi növbəti görüşünü martın 27-də Antalyada Makedoniyaya qarşı keçirəcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar