Tarix: 03.12.2016,   Saat: 06:21, Şənbə.          

FTB dünyada kompüter və telefonlara giriş icazəsi alıb

ABŞ Ali Məhkəməsi federal cinayət-prosessual məcəlləsinin 41-ci maddəsinə dəyişiklikləri təsdiq edib.
"Reuters"ə istinadən xəbər verilir ki, bununla da Federal Təhqiqat Bürosu (FTB) kompüter və telefonları sındıraraq onlara giriş icazəsi alıb.
İndi xüsusi xidmət orqanının əməkdaşları ABŞ-ın istənilən məhkəməsindən formal icazə aldıqdan sonra yalnız ABŞ-da yox, həm də ölkə xaricində cihazlara giriş imkanı əldə edəcəklər. Bundan əvvəl FTB əməkdaşları yalnız şübhəli şəxsin ərazi baxımından bağlı olduğu məhkəmədən xüsusi icazə aldıqdan sonra cihazları "sındıra" bilirdi./Report/



  Bölmə: Dünya | Baxış sayı: 297 | Tarix: 01.12.2016, 18:34


Xəbərlər