Əfsanəvi Üseyn Bolt növbəti dəfə Olimpiya çempionu olub
20.08.2016 841 0.0 0

Əfsanəvi yamaykalı sprinter Üseyn Bolt karyerasında  Olimpiya Oyunlarının doqquzuncu qızıl medalını qazanıb.

 

Məlumata görə, Bolt Yamayka yığmasının heyətində 4x100 metr məsafəyə estafet qaçışı yarışlarında Olimpiya çempionu olub.

 

Yarışlarda Yamayka yığması (Üseyn Bolt, Asafa Pauel, Nikel Aşmid və Yoxan Bleyk) 37,27 saniyə nəticə ilə 1-ci, Yaponiya 2-ci (37,60), ABŞ isə 3-cü yer tutub (37,62)

 

Qeyd edək ki, Üseyn Bolt Rio-2016-da bundan əvvəl 100 və 200 metr məsafəyə qaçışda da qızıl medala layiq görülüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar