Əfsanəvi müğənni vəfat edib
26.12.2016 1059 0.0 0

Əfsanəvi britaniyalı müğənni Corc Maykl 53 yaşında vəfat edib.
 
BBC-yə istinadən verilən xəbərə görə, ifaçı öz evində dünyasını dəyişib.
 
Sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb. Qeyri-rəsmi məlumatlara əsasən, müğənni ürək tutmasından həyatını itirib.
 
Qeyd edək ki, ikiqat “Qremmi” mükafatı laureatı Corc Mayklın albomlarının ümumi satış tirajı 100 milyon nüsxəyə yaxındır./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar