«Frecko» market aldadırmış
07.03.2015 919 0.0 0

Qazeta.info bildirir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb.
Belə ki, Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında Fəhrad Əzizova məxsus "Mono", eləcə də Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 54 ünvanında "Azeri Retail" MMC-yə məxsus "Frecko" marketlərdə aparılan yoxlamalar zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaradılaraq əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülmüşdür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar