Tarix: 03.12.2016,   Saat: 08:37, Şənbə.          

Fransua Olland Donald Trampdan danışıqlar aparılmasını xahiş edib

 Fransa prezidenti Fransua Olland ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Respublikaçılar Partiyasının namizədi Donald Trampa məktub yazaraq danışıqlar aparmaq istədiyini bildirib.

Bildirək ki, bu barədə "BBC" məlumat yayıb.

"Mən sizinlə birlikdə bölüşdüyümüz dünyəvi dəyərlər və maraqlarla bağlı danışıqlar aparmaq istərdim. Xalqlarımız arasındakı dostluq və ümumi tarix bizə kömək olacaq" – deyə Fransa prezidentinin məktubunda bildirilir.

Qeyd edək ki, Olland bundan əvvəl Trampı seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. Fransa prezidenti avqustun əvvəllərində Respublikaçılar Partiyasının namizədinə mənfi münasibət bəslədiyini bildirmişdi./report/



  Bölmə: Gündəm | Baxış sayı: 264 | Tarix: 10.11.2016, 10:11


Xəbərlər