Fransada parlament seçkilərinin qalibi müəyyənləşib
12.06.2017 492 0.0 0

Fransada keçirilən parlament seçkilərinin birinci turunda ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” hərəkatı qalıb gəlib.
 
RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.
 
Bülletenlərin 95,5 faizinin hesablanmasından sonra mərkəzçi "İrəli, Respublika!" 28,2 faiz seçici səsi toplayıb. Sağ-mərkəzçi “Respublikaçılar” partiyası 15,8 faiz, Marin Le Penin  “Milli Cəbhə”si 13,01 faiz, Jan Lyuk Melanşonun "Təslim olmamış Fransa" partiyası 11 faiz, sabiq hakim  “Sosialist Partiyası” 7,4 faiz səs toplayıb.
 
Proqnozlara görə, E.Makronun rəhbərlik etdiyi hərəkat parlamentdə 70% yer tuta bilər. Qeyd edək ki, seçkilərdə seçicilərin cəmi 48,7%-i iştirak edib. Seçkilərin ikinci turu iyunun 18-də keçiriləcək. 
 
Fransa parlamentinin aşağı palatasına – Milli Məclisə seçkilər majoritar sistem üzrə keçirilir, namizədlər birmandatlı dairələrdə seçilir. Birinci turda qələbə qazanmaq üçün hər bir namizəd 50%-dan çox səs toplamalıdır. “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen, "Təslim olmamış Fransa" partiyasının rəhbəri Jan Lyuk Melanşon və Fransanın sabiq baş naziri Manuel Vals seçkilərin ikinci turuna vəsiqə qazan biliblər. Sosialist partiyasının təmsilçisi, sabiq təhsil naziri Benua Amon isə ilk turun nəticələrinə görə mübarizəni dayandırmalı olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar