Fransa prezidenti Qarabağa görə Bakıya gəlir
21.03.2015 964 0.0 0

Fransa prezidenti Fransua Olland aprel ayının sonlarında Cənubi Qafqaz ölkələrinə səfər edəcək.

Məlumata görə, bu barədə Fransanın dövlət katibi Arlem Dezir açıqlama verib.

Onun sözlərinə görə, Olland səfəri çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşərək Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

"Paris Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və regionda öz müqəddəratını təyinetmə hüququnun müdafiəsi istiqamətində bütün səylərini göstərəcək", - deyə Arlem Dezir bildirib.

Diplomat qeyd edib ki, böldəgədəki möcud status-kvo nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına cavab vermir.

"2014-cü il oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən sammitdə münaqişə üzrə diplomatik təşəbbüsün bərpa edilməsi arzu edilmişdi. Sammit zamanı razılıq əldə olunmuşdu ki, ilk humanitar addım atılsın, tkin düşənlər barədə informasiya mübadiləsi aparılsın", - deyə dövlət katibi bildirib.

Diplomat cəbhədə son aylarda yaranmış gərginliyə də toxunub: "Təmas xəttində yaranmış gərginlik bir daha göstərir ki, bu prinsiplərin həyata keçirilməsinə ehtiyac var. Fransa bu istiqamətdə bütün səylərini ortaya qoyacaq"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar