Fransa paytaxtında partlayış baş verib - VİDEO
01.04.2016 669 0.0 0

Bu gün Parisin 4 Bérite küçəsində məişət qazının partlaması baş verib. "Report" "Le Parisien"-ə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 5 nəfər xəsarət alıb. 

Partlayış yerinə yaxın yerləşən restoranlardan birinin sahibinin sözlərinə görə, birinci mərtəbədə yerləşən mənzildə yanğın başlayıb. Yanğınsöndürənlər hadisə yerinə gəlib, lakin bir müddət sonra partlayış baş verib və binanın bir hissəsi çöküb.

*** 14:52

Parisin mərkəzində partlayış baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şahidlərin sözləri əsasında "Nuvel observater" qəzeti məlumat yayıb. 

Baş verənlərin səbəbləri aydınlaşdırılır.

Partlayışın səbəbi məlum olmasa da, "Twitter" istifadəçiləri hadisənin təbii qaz balonunun partlaması nəticəsində baş verdiyini iddia edib.

Məlumata görə, partlayış baş verən əraziyə çoxlu sayda təcili tibbi yardım avtomobilləri cəlb olunub.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar