Fransa fiber-optik kanallarla 40 ölkəni izləyib
02.07.2015 572 0.0 0

Rəsmi Paris fiber-optik kanallarla təxminən 40-dan çox ölkəyə aid informasiyaları izləyib. Məlumata görə, bu barədə xəbər Fransada nəşr olunan həftəlik “Nouvel Observateur” jurnalının son sayında dərc olunub. 

 

Xəbərdə, layihənin ilk dəfə 2008-ci ildə prezident Nikolas Sarkozinin ölkənin xüsusi xidmət orqanlarına izn verməsi ilə başladığı və 2013-cü ildə başa çatmalı olduğu bildirilib. Həmçinin yeni prezident Fransua Olland tərəfindən bu müddətin 2019-cu ilə qədər uzadıldığı qeyd edilib. 

 

Bu layihəyə görə Fransa, rabitə şirklətləri olan “Orange” və “Alcatel-Lucent” ilə birlikdə Marsel, Penmarş, Sen-Valeri-an-Konun da olduğu bəzi sahil şəhərlərində nəzarət mərkəzləri quraraq dənizin dibindən keçən fiber-optik kabelləri izləyib. 

 



Həmçinin xəbərdə, planın 2013-cü ilə qədər 700 milyon avroya başa gəldiyi, Parisdəki mərkəzdə olan kompüterlərə hər gün 10 milyonlarla informasiyanın ötürüldüyü və burda analiz edildiyi yazılıb. 

Xəbərdə ABŞ, Rusiya, Hindistan və Çinlə yanaşı Şimali Afrika, Qərbi Afrika və Yaxın Şərqdə olan 40 ölkəyə aid məlumatlara nəzarət edildiyi bildirilir. 

Ötən aylarda ölkə parlamentində təsdiq olunan və bu cür nəzarəti leqallaşdıran kəşfiyyat qanunu Fransa xüsusi xidmət orqanlarına məlumatların izlənməsi üçün bir çox texniki şərtlərdən istifadə imkanı verir. 

Ötən ay isə ölkədə başqa bir dinləmə qalmaqalı yaşanmış, ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) Fransa prezidentlərini və yüksək çinli məmurları dinlədiyi meydana çıxmışdı. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar