Əfqanıstanın paytaxtı raket atəşinə tutulub
21.12.2015 541 0.0 0

Əfqanıstanın paytaxtı Kabil raket atəşinə tutulub.
 
Reuters agentliyinə istinadən verilən məlumata görə, mərmilərdən ikisi ABŞ və İspaniya səfirliyinin ərazisinə, üçüncüsü isə şəhərin mərkəzinə düşüb.
 
Ölən və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.
 
Qeyd edək ki, dekabrın 21-də Baqram şəhərində, NATO bazası yaxınlığında terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində ABŞ-Əfqanıstan müştərək patrulunun 5 əsgəri həlak olub, 6-sı yaralanıb. Hadisəyə görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar