Əfqanıstanda 97 silahlı məhv edilib
01.09.2016 568 0
Son iki sutka ərzində Əfqanıstan ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində azı 97 silahlı məhv edilib.
“Sinxua” agentliyinə istinadən verilən xəbərə görə, əməliyyat zamanı Əfqanıstan ordusunun 12 əsgəri həlak olub.
Məlumata əsasən, əməliyyat ölkənin Qilmənd, Kunduz, Baqlan, Paktiya və Zabul əyalətlərində keçirilib.
Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb./apa/
Digər xəbərlər:
Şərhlər




