Fövqaladə Hallar Nazirliyi məlumat yaydı-VİDEO
11.03.2015 877 0.0 0

Qazeta.info bildirir ki, Fövqaladə Hallar Nazirliyi  Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı bir sıra qaydalar haqqında məlumat yayıb.Həmin məlumatı diqqətinizə təqdim edirik.

− bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

− tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

− tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

− tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

− yandırılan şamlar nəzarətsiz qalmamalıdır;

− əgər pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Yadda saxlayın: qapalı məkanda atəşfəşanlıq etmək olmaz!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! 

Təhlükə zamanı 112-yə zəng edin!

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar