Formula 2 üzrə birinci yarışın qalibi məlum oldu
24.06.2017 905 0.0 0

“Prema Racing” komandasının pilotu Şarl Leklerk Bakıda Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində keçirilən Formula 2 üzrə birinci yarışın qalibi olub.

Məlumata görə, o 1:54.025 dəqiqə nəticə göstərib.

İkinci yeri “Rapax” pilotu Nik de Vris (1:54.891), üçüncü yeri isə “Dams” komandasından Nikolas Latifi tutub.

Yarış 27-ci dairədə dayandırılıb. Buna səbəb 3 bolidin toqquşması olub.

Yarışın sonuna 4 dəqiqə qaldığı üçün mübarizəni davam etdirməmək qərarı verilib və bütün bolidlər pit-leynə qayıdıb.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar