Fokoni rapirası ilə «qızıl iyunu» davam etdirir
26.06.2015 597 0.0 0
İtaliya digər qızılları Avropa çempionatında qazanıb

Alessio Fokoni (ITA) Avropa Oyunlarında kişilər arasında rapira ilə fərdi qılıncoynatma yarışının final oyununda Timur Arslanovu 15-11 hesabı ilə məğlubiyyətə uğratmaqla İtaliyanın "uğurlu yay" mövsümünü davam etdirdi.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, İtalyanlar bu ayın əvvəlində Montrödə keçirilən Avropa çempionatının 4 qızıl medalından 3-nü əldə edə biliblər və bundan sonra özlərinin daha az təcrübəyə malik olan komandalarını Bakıya göndərməyə qərar veriblər. 25 yaşlı Fokoni dünya reytinqinin 25-ci pilləsindədir, amma ən böyük titulunu Bakıda qazanıb.

İtaliya komandası həm də 18 yaşılı Françesko İnqargiolanın fransalı Cin-Pol Toni Heliseyi məğlub etməsi ilə bürünc medallardan da birini qazanıb.

Fokoninin uğuru, həmyerlisi Alis Volpinin (ITA) Kristal Zalda qadınların rapira ilə yarışında qələbə qazanmasından cəmi 24 saat sonra özünü göstərib. İtaliyalılar hətta etiraf ediblər ki, ölkələrinə daha çox medal apara bilərdilər.

"Mən başqa italiyalı iştirakçıları məğlub etdim və podiumda İtaliyanı təmsil etdim" - o, deyib. "Bu qızıl medal mənim üçün çox dəyərlidir, çünki bu mənim yüksək səviyyəli beynəlxalq yarışlarda qazandığım ilk qızıldır."

Fokoni etiraf edir ki, hələ də Rio 2016-da İtaliyanın Olimpiya komandasına düşmək üçün mübarizəsini davam edir:

"Bu, Rio üçün sadəcə başlanğıc nöqtəsidir. Komanda tərkibinə düşmək üçün mən hələ çox yarışlarda qalib olmalıyam." 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar