FHN suda batmış iki nəfərin meyitini çıxardı
02.08.2015 729 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki,  Dövlət Sularda Xilasetmə Xidməti suda batmış Qəniyev Amil Elşən oğlunun və Məmmədov Şamil Həsənəli oğlunun  axtarışlarını yekunlaşdırıb.

Belə ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 1600 m aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 1999-cu il təvəllüdlü Qəniyev Amil Elşən oğlunun axtarışları başa çatmışdır. A.Qəniyevin cəsədi batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 07:56-da başa çatmışdır;

Daha sonra FHN Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu Nağaraxana kəndində süni göldə (sularda xilasetmə məntəqəsindən 250 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 1980-cı il təvəllüdlü Məmmədov Şamil Həsənəli oğlunun  da axtarışları başa çatmışdır. Ş.Məmmədovun cəsədi batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 08:15-də başa çatmışdır;


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar