FED üzvləri daha sürətli faiz artırılmasını tələb edir
30.03.2017 831 0.0 0

ABŞ Federal Ehtiyat Sisteminin 2 üzvü - Boston FED-in rəhbəri Erik Rosenqren (Erik Rosengren) və San-Fransisko FED-in başçısı Con Uilyams (John Williams) iqtisadiyyatın maksimal iş yerləri ilə təmin olunması və 2%-li inflyasiya hədəfinə yaxınlaşması ilə uçot dərəcəsinin daha sürətlə artırılması zərurətini vurğulayıb.

E.Rosenqren iqtisadi artımın çox sürətlənməsini önləmək üçün 2017-ci ildə faizlərin 4 dəfə yüksəldilməsinə ehtiyac ola biləcəyini bildirib. Həmçinin, C.Uilyams faizləri 3-dən çox iclasda artırıla biləcəyini qeyd edib. FED üzvlərinin mart ayının ortalarına olan ortalama proqnozları 2017-ci ildə daha 3 iclasda faizlərin artırılacağını göstərib. Boston FED-in rəhbəri iqtisadi göstəricilərdə hər hansı mənfi trend müşahidə olunmasa iyun, sentyabr və dekabr aylarında faizlərin artırıla biləcəyini bildirib. 

"Bloomberg" agentliyinə verdiyi açıqlamalarda E.Rosenqren iqtisadiyyatın idarə edilə biləndən daha sürətli inkişaf templərinin qarşısını almaq üçün 3-dən də çox faiz artımı ola biləcəyini deyib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar