FED uçot dərəcəsini artırıb- Dollar bahalaşa bilər
16.03.2022 378 0.0 0

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FRS) 2018-ci ildən bəri ilk dəfə olaraq baza faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,25-0,5%-ə çatdırıb.

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, bu barədə FED-in məlumatında qeyd olunur.

Qeyd edək ki, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. Son iki il ərzində FED-in uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar