FED qərarı açıqlayıb-Dollar bir dəfə də bahalaşacaq
16.06.2016 1200 0.0 0

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iki gün davam edən iclası yekunlaşıb.Məlumata görə, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.

 

Xatırladaq ki, məlumatda bildirilir ki, Federal Ehtiyatlar Sistemi istisna etmir ki, uçot dərəcəsi bir müddət dəyişməz olaraq 0,25-0,5% səviyyəsində qalacaq.Bu barədə təşkilatın iyun iclasının yekunlarına dair xəbərində deyilir.
 
“Gözlənildiyinə görə, iqtisadi şərait uçot dərəcəsinin yalnız tədricən artırılmasına əsas verəcək. Ümumilikdə, uçot dərəcəsində dəyişiklik iqtisadi perspektivlərdən asılı olacaq”, FES-in məlumatında qeyd olunur. 
 
Məlumata görə, FES-in növbəti iclası iyulun 26-27-də keçiriləcək. 
Bildirək ki, bu heç də FED-in dolların qiymətini bahalaşdırmayacağı anlamına gəlmir.Belə ki, FED rəhbərliyi bu il bir dəfə uçot dərəcəsinin artırılmasına qərar verib.
 
İclasın yekununa həsr olunan protokolda bildirilir ki, ABŞ-da işsizliyin səviyyəsi azalır, lakin azalma tempi zəifləyib.
 
Bundan başqa, FED 2016 və 2017-ci il üçün iqtisadi artım tempi ilə bağlı proqnozlarını azaldıb. Belə ki, bundan öncə bu il üzrə iqtisadi artım 2,2% səviyyəsində gözlənilirdisə, ABŞ Mərkəzi Bankı proqnozunu 2%-ə endirib. Bununla yanaşı, 2017-ci ildə iqtisadiyatın 2,1% böyüyəcəyi proqnozlaşdırılsa da, hazırda proqnoz 2% üzərində qurulub.
 
 
Qeyd edək ki, ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb./apa/


Digər xəbərlər:
Şərhlər
avatar