FED-in noyabr iclasının protokolu dolları bahalaşdırır
24.11.2016 916 0.0 0

Dollar əsas dünya valyutalarına qarşı bahalaşmaqdadır. Məlumata görə, Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) noyabr ayında keçirilən iclasının protokolunda növbəti toplantıda uçot dərəcəsinin artırılmasına dair ciddi mesajlar.

 

Bugünkü ticarət sessiyasının açılışında avronun məzənnəsi 1,0546 dollara enib. Halbuki, ötən gün Avrozonanın vahid valyutası 1,0553 dollar səviyyəsində ticarət olunub.

 

Ötən gün 112,52 dollar olan Yaponiya yeninin məzənnəsi 112,72 dollaradək möhkəmlənib. Yeri gəlmişkən, avro da yenə qarşı möhkəmlənməkdədir. Belə ki, Avrozonanın valyutası 118,74 yendən 118,84 yenədək bahalaşıb.

 

Noyabr iclasının protokolunda qeyd edilib ki, FED rəhbərliyi uçot dərəcəsinin artırılmasına dair aktiv müzakirələr aparıb və dolların "ən yaxın vaxtda bahalaşdırılmasını" məqbul hesab ediblər. FED-in iclaslarında səsvermə hüququna sahib olan şəxslər uçot dərəcəsinin dekabrda artırılmasını daha məqsədəuyğun sayır.

 

Bazar iştirakçıları hesab edir ki, yuxarıda qeyd olunanlar FED-in dekabr ayının 13-14-də keçiriləcək iclasında uçot dərəcəsinin artırılmasını qaçılmaz edir.

 

Treyderlər dekabr toplantısında uçot dərəcəsinin artırılması ehtimalını 100% səviyyəsində qiymətləndirir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar