Fazil Məmmədov büdcənin son durumundan danışıb
10.04.2015 821 0.0 0

“İqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edib”

Dünya bazarlarında neftin ucuzlaşmasına baxmayaraq real büdcə öhdəliklərinə tam yerinə yetirilir.
 
Xəbərə görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi altında keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vergilər naziri Fazil Məmmədov bildirib.
 
“Dünyada neftin qiymətinin kəskin düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək, real büdcə öhdəliklərinə tam yerinə yetirilməsinə imkan vermişdir. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qrammatik dayaqlara əsaslandığını göstərir”, - deyə nazir bildirib.
 
Onun sözlərinə görə, yuxarıda qeyd olunanların nəticəsidir ki, son illər ölkədəki iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafın hesabına təmin olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar