Falçını öldürən şəxs tutuldu
31.03.2015 747 0.0 0

Bakıda 17 gün öncə baş verən  qətl hadisəsinin üstü açılıb.

 

Səbail Rayon Polis İdarəsindən  verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisində 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən şəxs Azərbaycanın rayonlarının birində saxlanılıb və hazırda Bakıya gətirilir.

 

Qeyd edək ki, martın 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında T. Talıbovun üzərində çoxsaylı xəsarətləri olan meyiti tapılıb.

 

Polisdən T. Talıbov qətlə yetirildiyi ünvanda  falçılıqla məşğul olduğu bildirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar