Facebook cərimələndi
06.04.2018 939 0.0 0

Braziliya məhkəməsi "Facebook" şirkətini 33 milyon dollar cərimələyib.

 

"Reuters"ə istinadən verilən məlumata görə, şirkətin cərimələnməsinə ölkə hakimiyyəti ilə korrupsiya ilə bağlı işin araşdırılmasında əməkdaşlıq etməməsi səbəb olub.

Məlumata əsasən, 2016-cı ildə şirkət korrupsiya işinə cəlb edilən insanların "WhatsApp" messenceri ilə danışıqlarını məhkəməyə təqdim etməyib.

Qeyd edək ki, "WhatsApp Inc." 2014-cü ilin fevral ayından "Facebook"a məxsusdur./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar