Facebook bu funksiyanın sınağına başlayır
27.09.2019 597 0.0 0

Facebook sosial şəbəkəsi Avstraliyada nəşrlərdəki bəyənmələrin sayını və videoya baxışı gizlədən bir funksiyanı sınaqdan keçirməyə başlayıb.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, hazırda bu rejimin digər ölkələrdə sınaqdan keçiriləcəyi barədə qərar verilmiyib. "Bu dəyişikliklərin istifadəni yaxşılaşdıracağını araşdırmaq üçün rəylər toplayacağıq" deyə "Facebook" sözçüsü Cimmi Raymo bildirib.

Bənzər bir funksiya artıq Kanada və Braziliya da daxil olmaqla 7 ölkədə Instagram-da sınaqdan keçirilməyə başlayıb. Bəyənmələrin ümumi sayının əvəzinə istifadəçilərə yazını bəyənən bir neçə qarşılıqlı dostun adları göstərilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar