Fətullah Gülənin daha iki qohumu saxlanılıb
24.10.2016 601 0.0 0

Türkiyədə FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı uşaqları Hüsüyn Gülən və  Büşra Gülən saxlanılıb.

 

“Anadolu” agentliyinə istinadən verilən xəbərə görə, onlar hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində İzmir yaxınlığında tutulublar.

 

Saxlanılanlar FETÖ  terror təşkilatı ilə əlaqədə olmaqda,  həmçinin  "ByLock" adlı kompüter proqramından istifadə etməkdə şübhəli bilinirlər.

 

Məlum olduğu kimi, Fətullah Gülən şəbəkə üzvlərinə təlimatları "ByLock" əlaqə proqram vasitəsilə göndərirmiş.

 

Xatırladaq ki, oktyabrın 5-də Sakarya vilayətində Fətullah Gülənin əmisinin nəvəsi Semiha Kabakçı və əri Necmi Kabakçı həbs edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar