FƏTULLAH GÜLƏNƏ « QIRMIZI BÜLLETEN » ÇIXARILIR
28.01.2015 722 0.0 0

Ədliyyə naziri Bəkir Bozdağ  Ədalət və İnkişaf Partiyasının TBMM Qrup Yığıncağı öncəsi  jurnalistlərin  "xəstə məhbuslar problemi" ilə əlaqədar sualını cavabladırarkən Fətullah Gülənin də Türkiyəyəqaytarılması məsələsinə toxunulub

 

Fəthullah Gülənin  Türkiyəyə təhvil verilməsi ilə əlaqədar ilaraq Ədliyyə  naziri Bəkir Bozdağ: "Fəthullah Gülənin qaytarılması” ilə bağlı suala cavab verərkən qeyd edib ki, “ Sülh Cəza Məhkəməsi qərar verib, o qərarın Ədliyyə  Nazirliyinə çatdırılması lazımdır, hələ qərar bizə çatdırılmayıb. Bizə gəldiyində qanun nəyi  lazım bilirsə onu  edəcəyik" deyə bildirib.

 

  "Niyyətiniz Xarici İşləri Nazirliyi üzərindənmi göndərməkdir, yoxsa birbaşa Ədliyyə Nazirliyi üzərindənmi göndərmək?" sualına Bozdağ, "Bunların qaydası  və qanuni proseduru var, bizim seçmə haqqımız yoxdur, o qayda və qanuni prosedura tabe olacağıq. Beynəlxalq miqyasda, bu cür qırmızı bülleten axtarışlarına bağlı bir sistem var. Onun da bir proseduru var. Biz Türkiyə olaraq bu razılaşmalara  tərəfdar olduğumuz üçün prosedura uyğun əməliyyat etmək məcburiyyətindəyik " deyə bildirib.

 

  Bozdağ Qırmızı bülleten üçün Parisə gedilərək  oradakı mərkəz vasitəsi ilə  açıldığını və Fransadan lazımı ölkəyə göndərildiyini bildirib. Qırmızı bülleten rədd olunması məsələsinə də aydınlıq gətirən nazir ,”tələb olunan şəxsin  o ölkədən başqa bir yerə getdiyi zaman  geri çevrilə bilər. Du baxımadan da nazir  Fətullah Gülənin Türkiyəyə  təhvil verilməsində  qırmızı bülletendən də başqa qanuni yollarla tələb olunacağını bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar