Eynşteynin xoşbəxtliyin sirrini açıqladığı qeydlər hərraca çıxarılıb
23.10.2017 689 0.0 0

Albert Eynşteynin 1922-ci ildə ona Nobel mükafatına layiq görülməsi barədə məlumat verən kuryerə verdiyi iki qeyd oktyabrın 24-də hərracda satılacaq.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, qeydlər "Winner's Auctions and Exhibitions" hərrac evində lota çıxarılacaq.

Qeyd edək ki, 1922-ci ildə A.Eynşteyn Yaponiyada mühazirə kursu aparan zaman kuryer tərəfindən Nobel mükafatına layiq görülməsi xəbərini alıb. Onu əliboş qaytarmaq istəməyən, amma bunun Yaponiya ənənlərinə uyğun gəlmədiyini bilən fizik pul əvəzinə xidmətçiyə xoşbəxtliyin sirrini açmağa qərar verib.

İlk qeyd fizkin qaldığı hotelin blankında, ikincisi isə adi vərəqdə yazılıb. Orada deyilir: "Sakit və təvazökar həyat daim həyəcanla əlaqəli olan uğura can atmaqdan daha çox sevinc bəxş edir" və "İradə olan yerdə yol da var".

Hərraca çıxarılan qeydlərin sahibi anonim qalmağı istəyib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar