Ev təmiri zamanı bu qaydalara riayət edilməlidir
11.01.2022 102 0.0 0

Yaşayış binasında yenidənqurma işləri aparılarkən, konstruksiyaların faktiki vəziyyətləri, həmçinin əlavə yük və təsirlər nəzərə alınmaqla, binanın qoruyucu və yükdaşıyan konstruksiyaları, bünövrəaltı qrunt əsasları yenidən hesablanmalıdır.

Bildirək ki, bu barədə məsələ “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Yeni normalara əsasən, yaşayış binasında yenidənqurma işləri aparılarkən onun konstruktiv sxemində bu binanın istismarı prosesində aşkar edilən dəyişikliklər (o cümlədən ilkin layihədə nəzərdə tutulmamış yeni qapı və pəncərə boşluqlarının açılması, həmçinin konstruksiyaların təmiri və ya gücləndirilməsinin təsirləri) nəzərə alınmalıdır.

Yaşayış binalarında sanitar-texniki qovşaqların yerlərinin dəyişdirilməsi ilə aparılan yenidənqurma işləri zamanı səs-küy, hidroizolyasiya və vibroizolyasiya üzrə əlavə tədbirlər yerinə yetirilməli, zəruri hallarda həmin sanitar-texniki qovşaqların avadanlığının yerləşdirilməsi nəzərdə tutulan mərtəbələrarası örtük konstruksiyaları gücləndirilməlidir./Trend/


Loading...
Digər xəbərlər:
Şərhlər
avatar