Ermənistandan Rusiyaya eyham: «Bizim də öz maraqlarımız var»
19.08.2015 615 0.0 0

Ovik Abramyan: “Bizim də öz maraqlarımız var”

 “Ola bilər ki, İran-Ermənistan dəmir yolu xəttinin inşası qonşularımızın maraqlarına cavab verməsin, lakin biz onu inşa etməliyik”.
 
APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Ovik Abramyan dəmir yolu xəttinin inşasının perspektivləri və Rusiyanın bununla bağlı mövqeyi ilə əlaqədar sualı cavablandırarkən deyib. O bildirib ki, Ermənistan və Rusiya strateji müttəfiq və Avrasiya İqtisadi İttifaqının üzvləridir: “Lakin bizim də öz maraqlarımız, xalqımızın, vətənimizin maraqları var. Bu məsələni onlarla tərəfdaş kimi müzakirə etməyə hazıram”.
 
O. Abramyan ölkəsinin gələcəyi üçün İran-Ermənistan dəmir yolu xəttinin çox vacib strateji əhəmiyyətə malik olduğunu vurğulayıb: “Kiminsə inciməsindən və ya kiminsə maraqlarına uyğun olub-olmamasından asılı olmayaraq, biz bunu edəcəyik. Fakt odur ki, dəmir yolu tikintisinin uğurla bitməsi iqtisadiyyatımızın güclənməsinə və biznesin inkişafına təkan verəcək”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar