Ermənistanda əsgər intihar edib
15.08.2017 651 0.0 0

Ermənistanda əsgərin asılmış vəziyyətdə meyiti tapılıb.

 

APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Abas Sloyan adlı əsgərin asılmış vəziyyətdə meyiti ötən gün Şirak vilayətinin Atsik kəndində aşkar edilib. O, hərbi xidmətə 20 gün əvvəl başlayıbmış. Milliyyətcə yezidi olan A. Sloyan Armavirdə xidmət edib. Onun hansı səbəbdən həmin kənddə olması hələlik məlum deyil.

 

Hadisə ilə bağlı rəsmi məlumat verilməyib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar