Ermənistanda polislə etirazçılar arasında əlbəyaxa dava düşüb
22.02.2022 301 0.0 0

Azərbaycanlı deputatların Ermənistana səfərinə etiraz olaraq davam edən aksiyalar fonunda paytaxt İrəvanın mərkəzi küçələrində aksiya iştirakçıları ilə polis arasında əlbəyaxa dava düşüb.

"News.am"a istinadən xəbər verilir ki, hüquq-mühafizə orqanları etirazçıları təxribat törətməməyə çağırıblar.

Aksiyaçılardan Manuel Manukyan azərbaycanlıların Ermənistana səfərini qəbuledilməz hesab etdiyini deyib. O, bunun demokratiya prinsiplərinə uyğun olmadığını bildirib.

Qeyd edək ki, iki azərbaycanlı deputat - Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasında iştirak etmək üçün İrəvanda səfərdədirlər./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar