Ermənistanda Njdenin heykəli güllələnib
29.08.2017 735 0.0 0

Ermənistanın Sünik vilayətində faşist Almaniyası ilə əməkdaşlıq etmiş Qaregin Njdenin heykəli güllələnib.

“news.am”a istinadən verilən məlumata görə, güllələnmiş heykəlin fotosunu vilayət qubernatorunun mətbuat katibi Vazgen Saqatelyan öz “Facebook” səhifəsində paylaşıb.

 

O bildirib ki, heykəlin bərpası ilə bağlı komissiya yaradılıb.

 

Xatırladaq ki, bu il mayın 28-də İrəvanda Q. Njdenin daha bir heykəlinin açılışı olub.

 

Üçüncü Reyxlə əməkdaşlıq etmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti göstərmiş Q. Njdenin abidəsinin açılışı böyük səs-küyə səbəb olub.

 

Açılış mərasimində Ermənistan prezidenti və yüksək vəzifəli şəxslər iştirak ediblər. Ermənistan rəhbərliyinin bu addımı həm Rusiya, həm də beynəlxalq ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar