Ermənistanda kursantlar etiraz aksiyası keçirirlər - VİDEO
28.11.2016 669 0.0 0

 Bu gün səhər tezdən Ermənistanın Kotayk rayonunun Kanakeravan kəndinin inzibati ərazisində yerləşən “Pokr Mher” (kiçik Mher) hərbi təhsil kompleksində gərgin vəziyyət yaranıb.

Məlumata görə, bu barədə news.am məlumat yayıb.

Məlumata görə, təhsil kompleksinin bütün tələbələri etiraz məqsədilə “Pokr Mher”in meydançasında nizami yürüş keçirərək məktəb rəisinin istefasını tələb edirlər.

Aksiyaçılar bildiriblər ki, bir ay əvvəl məktəbə rəis təyin olunan Vahaqn Yağmuryan onlara qarşı kobud davranır, ünvanlarına nalayiq sözlər deyir.

Məktəb rəisi isə təcili növbədənkənar valideyn iclası keçirəcəyini deyib./Report/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar