«Ermənistan yer üzündən silinəcək...»
25.08.2015 1476 0.0 0

Putinin “danışan dili” Ermənistanı hədələdi 
“Avrasiya İqtisadi Birliyi Nuhun gəmisidir, kim bu gəmiyə minsə, mövcudluğunu davam etdirəcək, kim minməsə - hətta Rusiyada davam edən dərin iqtisadi böhrana və rusiyalı iqtisadçıların dediyi kimi, Birliyin vahid bazarının hələlik işləməməsinə, bəzi proqramlarla bağlı müəyyən pauzanın yaranmasına  baxmayaraq, Yer üzündən silinəcək”. 

Məlumata görə, bu barədə rusiyalı politoloq, “Beynəlxalq Avrasiya Hərəkatı”nən lideri, Kremlin “danışan dilləri”ndən sayılan Aleksandr Duqin erməni portalına müsahibəsində deyib.   

Onun fikrincə, Rusiyadakı iqtisadi böhran konkret olaraq Rusiya ilə bağlı deyil. “Bütün dünya maliyyə böhranı qarşısındadır. Çünki bütün dövlətlər ABŞ-ın yaratdığı maliyyə-iqtisadi sistemdən asılıdır. Ancaq günün birində bütün bunlar bitəcək, ancaq buna kimi domino effekti üzrə ölkələrin hamısının iqtisadiyyatı ziyan çəkəcək” – Duqin deyib.

Duqin daha sonra bildirib: “Belə qlobal hadisələr fonunda söyləmək ki, Avrasiya İqtisadi Birliyinin maliyyə sistemi yaxşı işləmir – bu, xırda şeydir, nədən ki, öz-özlüyündə Rusiyanın fond bazarı bu masştablarla müqayisədə, hətta inkişaf eləməkdə olan Sakit okean ölkələri ilə müqayisədə çox kiçikdir. Ermənistanın iqtisadiyyatı Rusiya ilə müqayisədə demək olar, heç nədir və bütünlüklə Rusiyadan  asılıdır. Rusiyanın özü iqtisadi cəhətdən böyük dövlət deyil, ancaq bizim başqa yaxşı şeylərimiz var – nüvə silahı, təbii resurslar, böyük ərazi, hərçənd, onlar maliyyə anlamı daşımır”.

Duqinin sözlərinə görə, Rusiya böhrandan çıxa bilsə, Ermənistan da çıxacaq. “Amma bu, asan olmayacaq və əgər belə ağır vəziyyətdə Ermənistan Qərbdən dəstək almağa çalışsa, o dəqiqə param-parça olacaq və Ermənistandan heç nə qalmayacaq. Bu gün Ermənistan Rusiyadan bərk-bərk yapışmalı, ağır maliyyə-iqtisadi situasiyanı sakitcə izləməlidir” - rusiyalı politoloq əlavə edib./musavat.com/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar