Ermənistan prezidenti İrana gedəcək
24.07.2017 654 0.0 0

Ermənistan prezidenti Serj Sarqsyan avqustun 5-də İrana işgüzar səfər edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, səfər çərçivəsində İranın yenidən seçilən prezidenti Həsən Ruhaninin andiçmə mərasiminə qatılacaq.

İnformasiyaya əsasən,  Serj Sarqsyan iyulun 24-dən etibarən qısamüddətli məzuniyyətə çıxıb.

Məlumata görə, o, məzuniyyətinin çox hissəsini xarici ölkələrdə keçirəcək. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar