Ermənistan PKK-nın Qarabağa yerləşməsinə icazə verdi – ŞOK
10.02.2016 534 0.0 0

“Ermənistan Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağ və digər ərazilərində PKK və digər terror təşkilatlarının yerləşdirərək, qazanc əldə etmək istəyir”.


Məlumata görə, bu barədə Beynəlxalq Qondarma Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.


Onun sözlərinə görə, Türkiyənin əməliyyatları qarşısında aciz qalan PKK qərargah kimi istifadə etdiyi Qəndili Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına köçürməyə başlayıb: “Azərbaycan Ordusu işğal altındakı torpaqları geri almaq qüdrətindədir. Bunu anlayan Ermənistan həmin ərazilərə öz əsgərini göndərmək istəmir. Əvəzində PKK-ya yer verərək, onlardan Azərbaycana qarşı istifadə etmək istəyir. Əslində 1923-29-cu illərdə Rusiya hazırki Dağlıq Qarabağ ərazisində “Qızıl Kürdüstan Muxtariyyəti” quraraq, Azərbaycan, Ermənistan və İranda yaşayan kürdləri ora yerləşdirdi. Rusiya və Ermənistan vaxtilə bu ərazilərdə qurmaq istədiyi “Qızıl Kürdüstan Muxtariyyəti”ni PKK-nın əli ilə yaratmaq niyyətindədir. Bunun kürdlərə xeyri olmadığı kimi bölgədəki insanlara da zərəri olacaq”.


G. Gülbey qeyd edib ki, Rusiya və Ermənistan kürdləri və PKK-nı sevdiyi üçün deyil, Türkiyəyə qarşı istifadə etmək üçün yanlarına alırlar.


“Qafqaz kürdləri bu oyunda yer almamalıdır. Türkiyə və Azərbaycan bu məsələdə lazımi tədbirlər görməli, Rusiya və Ermənistanın bu təhlükəli oyununa son qoymalıdır”, - deyə o bildirib.


Qeyd edək ki, ötən ay türkiyəli politoloq Ömür Çelikdönmez açıqlamasında PKK-nın Qəndili Dağlıq Qarabağa köçürmək niyyətində olduğunu açıqlamışdı./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar