Ermənistan ordusunun giziri intihar edib
01.11.2016 464 0.0 0

Ermənistanda hərbçi intihar edib.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də Vanadzor şəhərində gizir M. Arutünyanın yaşadığı evdə qaz borusundan asılmış meyiti tapılıb.

 

İki uşaq atası olan, 35 yaşlı M. Arutünyanın cibində aşkar edilən məktubda "nə iş görsəm uğursuz alınır, başqa çarəm qalmayıb, xidmətin çətinliyi və sosial problemlərə artıq dözə bilmirəm" sözləri yazılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar