Ermənistan ordusunun 3 hərbi qulluqçusu ölüb
07.09.2015 639 0.0 0
Ermənistan ordusunun 3 hərbi qulluqçusu yol-nəqliyyat hadisəsi zamanı ölüb.

 

 "epress.am" saytına istinadən verdiyi xəbərə görə, hadisə sentyabrın 5-də, gecə saatlarında Martuni-Vardenis şosesində baş verib.

 

“Mercedes" markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində ümumilikdə 5 nəfər ciddi xəsarət alıb. Onları Vardenis şəhərində yerləşən hərbi qarnizonun hospitalına çatdırsalar da, 3-nün həyatını xilas etmək mümkün olmayıb, 2 hərbi qulluqçunun vəziyyəti isə ağırdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar