Ermənistan əhalisinin sayı açıqlanıb - RƏSMİ STATİSTİKA
29.04.2016 1662 0.0 0

Ötən illin apreli ayı ilə müqayisədə Ermənistan əhalisinin sayı 12 min 300 nəfər azalıb.

Ermənistan KİV-lərinə istinadən  verilən xəbərə görə, bunu ölkənin Milli Statistika Xidməti açıqlayıb. 

Qurumun məlumatına görə, bu ilin əvvəlindən isə ölkə əhalisinin sayı 4 min 2 nəfər azalıb. Hesabat dövründə əhalinin təbii artımı min 500 nəfər, mühacirət edənlərin sayı 5 min 700 nəfər olub.

2016-cı il aprelin 1-nə olan məlumata əsasən, Ermənistan əhalisinin sayı 2 milyon 994 min 400 nəfərdir.

Erməni sosioloqları bildiriblər ki, 1970-ci illərdən sonra ilk dəfə olaraq, ölkə əhalisinin sayı 3 milyondan az olub. SSRİ dağılandan sonra ölkə əhalisinin sayı bir milyon azalıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar