Ermənilərin öldürdüyü Ağdam sakini bu gün dəfn olunacaq
29.04.2016 657 0.0 0

 Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində aldığı qəlpə yaralarından dünyasını dəyişən Çəmənli kənd sakini Hüseynov Əli Müseyib oğlu bu gün dəfn olunacaq.
 
Məlumata görə, Axund Barat Bağırov Əli Hüseynovun meyitinin axşam saatlarında məscidə gətirildiyini deyib. Mərhum bu gün Çəmənli kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, aprelin 27-dən 28-nə keçən gecə ermənilərin Ağdamın Çəmənli kəndini yaşayış məntəqələrini atəşə tutması nəticəsində Çəmənli kənd sakini, 67 yaşlı Hüseynov Əli Müseyib oğlu da qəlpə yaraları alıb. Ağır vəziyyətdə Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən Əli Hüseynov dünən günorta saatlarında vəfat edib.
 
Qeyd edək ki, həmin gün ermənilərin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından ölüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar