Ermənilərin böyük cinayətkar bandası tutuldu
11.05.2015 617 0.0 0

Ermənilər köhnə xislətlərinə sadiq qalaraq uzaq ABŞ-da növbəti dəfə beynəlxalq miqyaslı fırıldaqçılıq ediblər. Polis onların Koliforniya ştatında işlətdikləri fırıldağın üstünü açıb.

Məlumata görə, ABŞ-ın hüquq-mühafizə orqanları aralarında ermənilərin olduğu kələkbazlıq və fırıldaqçılıqla məşğul olan 33 nəfərlik dəstə üzvlərinə ittiham irəli sürülüb.

San-Fransisko şəhərinin prokurorluğu bildirib ki, ittiham olunanlar arasında Qlendeyl şəhərindən olan ermənilər çoxluq təşkil edir. Onlardan 45 yaşlı Ara Karapetyan, 29 yaşlı Miqran Stepanyan və 38 yaşlı Artur Stepanyan Minnesota ştatında "Minnesota Independent Cooperativ" şirkəti vasitəsilə qeyri-leqal dərman və narkotik vasitələr satmaqla məşğul olublar. Onlar törədilən bu dəhşətli, tükirpədici cinayətdə əsas rol oynayıblar.

Şirkətin başçısı 50 yaşlı Devid Miller 2010-2014-cü illərdə təqribən 157 milyon dollar məbləğində narkotika alıb. O, "malın" qeyri-leqal olduğunu bildiyi halda, onu almağa razılaşıb. Qanunsuz yolla əldə edilən narkotik maddələr müxtəlif xəstəliklərin müalicəsi üçün nəzərdə tutulub.

Bildirək ki, Ohayo ştatında D.Millerə və M.Stepanyana qarşı digər ittihamlar irəli sürülüb. Ara Karapetyan və başqa saxlanılan Qevroq Ter-Mkrtçyan isə killer saxlamaq və qətl törətmək sifarişi verməkdə günahlandırılırlar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar