Erməni müşavir cəzalandı
16.04.2015 861 0.0 0

Türkiyənin baş naziri Əhməd Davutoğlunun erməni müşaviri işdən çıxarılıb. 

"Hürriyət"ə istinadla verilən məlumata görə, Etyen Mahçupyan yaş həddi ilə bağlı olaraq təqaüdə göndərilib. 

Mahçupyan qəzetə açıqlamasında bu barədə məlumatı təsdiqləyib. O, vəzifəsini fəxri müşavir kimi davam edəcəyini deyib. "Hazırda ölkə xaricindəyəm. İşlərimə davam edirəm. Tək bir dəyişiklik oldu. O da maaş almamağımla bağlıdır". 

E. Mahçupyan son zamanlar verdiyi açıqlamaları ilə gündəmə gəlib. Son olaraq o qondarma erməni soyqırmının tanınmalı olduğunu deyib. "Bosniya və Afrikada yaşananların soyqırım olduğunu qəbul edərkən 1915-ci ildə ermənilərər qarşı edilənlərə də "soyqırımı" deməmək imkansız" açıqlaması ölkədə böyük qalmaqala səbəb olub. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar