Erməni generalı ordumuzun gücünü belə etiraf etdi-VİDEO
06.04.2016 1194 0.0 0

"Ermənistan mətbuatı hadisələri düzgün işıqlandırmır. Azərbaycan genişmiqyaslı hücum barədə qərar qəbul edərsə, buna tam hazırdır, başladığı işi davam etdirə biləcək".

Bunu ehtiyatda olan erməni generalı bildirib. O, yerli radioya müsahibəsində məğlub olduqlarını etiraf edib.

Erməni generalı Azərbaycan ordusunun gücünü etiraf edib.

"Kommandos" ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan Yerevandakı "İmpuls 106.5 FM" radiosuna  müsahibəsində bildirib ki, Ermənistan ordusu hərbi əməliyyatlarda uduzub.

Hərbçi Ermənistan mətbuatını da tənqid edib.

Generalın fikrincə, Azərbaycan Qarabağ uğrunda gedən son döyüşlərdə müharibə qanunlarına riayət edərək qələbə qazanıb. 

Erməni general bildirib ki, Azərbaycan genişmiqyaslı hücum qərarı verəcəyi təqdirdə faktiki olaraq başladığı işi davam etdirə biləcək.

Qazeta.info xezerxeber.com-a istinadla mövzu ilə bağlı videomaterialı təqdim edir

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar