Erməni anaların qiyamı (VİDEO)
13.05.2015 729 0.0 0

Bu gün Ermənistan prezidentinin iqamətgahının qarşısında polislə Qarabağda həlak olmuş əsgərlərin anaları arasında toqquşma olub. 

Məlumata görə, erməni analara 11 fevral 2015-ci il tarixdən prezident administrasiyasının önündə aksiya keçirmək qadağan edilib. Amma bundan sonra bir neçə dəfə həlak olmuş erməni əsgərlərin anaları ilə polis arasında toqquşma olub. 

Bu günkü toqquşmada baş leytenant rütbəli polis 2010-cu ildə Qarabağda həlak olmuş Valeri Muradyanın anası Nana Muradyanı və həmin il həlak olmuş Artur Qazaryanın anası İrina Qazaryanı sürüyərək, döyə-döyə iqamətgahdan uzaqlaşdırıb. 

Hadisə zamanı polislər şou düzəldərək əsgər analarının onları vurduğunu iddia ediblər. Daha sonra polislər tibbi ekspertizaya yollanaraq qadınlar tərəfindən döyüldüklərini iddia ediblər. 
/anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar