Emomali Rahmona `Müstəqil Tacikistanın qurucusu` titulu verilib
26.10.2016 430 0.0 0

Tacikistan parlamentinin aşağı palatası ölkə prezidenti Emomali Rahmona “Müstəqil Tacikistanın qurucusu” titulu verib.

 

Məlumata görə, bu barədə “Asia Plus” qəzeti xəbər yayıb.

 

Deputatlar qanunvericilikdə nəzərdə tutulmuş müvafiq dəyişikliyə yekdilliklə səs veriblər.

 

Parlamentin aşağı palatası Emomali Rahmonun xalqın lideri, sülh və milli birliyin qurucusu olduğunu göstərən qanuna konstitusiya hüququ verib. Deputatlar xalqın lideri adına təqaüd, fond və orden yaratmaq barədə qərar qəbul ediblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar