Elnur Məmmədliyə yeni vəzifə
29.03.2016 775 0.0 0

Olimpiya çempionunun hazırkı iş yeri gözlənilməz olsa da, maraqlı tarixçəsi var
Pekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədli Yol Patrul Xidmətindəki işindən ayrılıb. Qazeta.info Avtosfer.az-ın məlumatına əsasən bildirir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsini tutan Elnur Məmmədli bir neçə gündür işdən azad olunub. Bildirilir ki, olimpiya çempionu Elnur Çingiz oğlu Məmmədli artıq artıq yeni işlə təmin edilib. O, Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyə təyin olunub. DTX-da şöbə rəisi postuna təyin edildiyi bildirilən Elnur Məmmədlinin DYP-dən getməsi xəbərini Bakı şəhər DYPİ-dən təsdiq ediblər. Olimpiya çempionunun hazırkı iş yeri gözlənilməz olsa da, maraqlı tarixçəsi var...
Xatırladaq ki, Elnur Məmmədli Polis Akademiyasını bitirib. Yol polisi sıralarında işləyərkən rütbəsi polis kapitanı idi. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar