Elnarə çəkdirdiyi bulağın quruması xəbərindən danışdı
10.06.2015 809 0.0 0

Muğam ifaçısı Elnarə Abdullayeva dədə-baba yurdu Şamaxı rayonuna çəkdirdiyi bulağın quruması məsələsinə aydınlıq gətirib. 

Məlumata görə, sənətçi ANS TV-nin “Günə Baxan” verilişinə canlı efirə qoşularaq yaranmış söz-söhbətə münasibət bildirib. 

Onun sözlərinə görə, deyildiyi kimi bulaq qurumayıb. “Allah qoysa bir gün gəlib görərsiz ki, bulaq qurumayıb. Onun suyundan da içərsiz”, - deyə Elnarə Abdullayeva bildirib.

Müğənni yayılan məlumatlara münasibət bildirərkən ona xeyirxah iş görərkən mane olmağa çalışanlara da ismarış göndərib: “Allahın salamını verməyən insanlar var ki, durub xeyirxahlıq barədə danışırlar. Mən bu işə başlayanda mərdimazar insanlar mane olmağa çalışırdılar. Amma mən bu işi heç kimə görə yox, Allah rizası üçün edirəm. O boyda evimi, qızıllarımı satdım o bulaqları çəkdirməkçün. Mən o evi, o qızılları dalıma şəlləyib o biri dünyaya aparası deyiləm ki. Gördüyüm xeyir işləri qoltuğuma vurub getmək istəyirəm ay bala. Nə istəyirsiz məndən? Məni bu xeyir işimə xələl gətirmək istəyənlərə bir söz demək istəyirəm; Allahla qulun arasına girməzlər. Mən bu şayiəni yayanlara ancaq bunu demək istəyirəm. Məncə hər kəs Allahdan qorxsa, belə şeylər baş verməz”.

Qeyd edək ki, muğam ifaçısı Elnarə Abdullayevanın Şamaxı rayonunda çəkdirdiyi bulağın quruması barədə məlumatlar yayılıb. Müğənni bulağın çəkilməsinə 200 min manat xərc çəkdiyini bildirmişdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar