Elmar Məmmədyarov Küveytə gedib
27.05.2015 564 0.0 0
Xarici işlər naziri Elmar Məmmədyarov Küveytə yola düşüb.

Qazeta.info Xarici Işlər Nazirliyinə istinadla bildirir ki, Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin 27-28 may tarixlərində Əl-Küveyt şəhərində keçiriləcək 42-ci sessiyasında iştirak etmək üçün Küveytə yola düşüb.

Xarici işlər naziri Elmar Məmmədyarovun sessiya çərçivəsində çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar